
Namiq Heydərov bakalavr və magistr təhsilini BDU Fizika fakültəsində almış, hazırda təhsilini AR ETN İdarəetmə Sistemləri İnstitutunda Texnika elmləri üzrə dissertant kimi “PUA -ların stabilizasiya sisteminin hazırlanması ” ixtisası üzrə davam etdirir. 2014-cü ildən etibarən AMEA Radiasiya Problemləri İnstitutunda böyük laborant kimi işə başlamış, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzində mühəndis vəzifəsində çalışmışdır. 2016-ci ildə AMEA – Rəyasət Heyətinin tərkibində yaradılmış dövlət əhəmiyyətli layihələrin hazırlanması laboratoriyasında elektronika üzrə baş mütəxəssis, 2019-cu ildə SETM MMC şirkətində direktor vəzifəsində çalışmışdır. Radiasiya qeydediciləri və onların elektronikası sahəsində 15-dən çox, pilotsuz uçuş aparatlarının (PUA) hazırlanma texnologiyası, idarəetməsi və tətbiqləri sahəsində 12-dən çox elmi əsərlərə (məqalə və tezis) müəlliflik etmişdir. İşlədiyi müddətdə Fizika və peşəkar elektronika tədrisi ilə məşğul olmuş, məktəbliləri ölkədaxili (Sabahın Alimləri) və beynəlxalq (Teknofest, BUCA, YİSF, StartUp-2023 və s.) mühəndislik yarışlarına hazırlamışdır. Mentorluq etdiyi layihələr beynəlxalq yarışlarda 2 qızıl, 2 gümüş medal, ölkədaxili yarışlardan 3 gümüş, 3 bürünc medal qazanılmışdır. AR TN Radiasiya Problemləri İnstitutunun İnnovativ Tədqiqatlar Qrupunun rəhbəri və İdarəetmə Sistemləri İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Hazırda Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnoloji Transfer Ofisinin rəhbəri, BDU Fizika Fakultəsində müəllim və INNOWAY tədris mərkəzində peşəkar elektronika mühəndisi istiqaməti üzrə təlimçidir
Layihələrdə iştirakı :
Dövlət sifarişli hərbi layihələr: 5 ədəd
Qrant müsabiqələrində qalib olan layihələr: 4 ədəd
Akademiya və İnistitut daxili layihələr: 5 ədəd
Mentorluq etdiyi layihələr: 10 ədəd
Təltiflər: Azərbaycan Dövlət Sərhədinin qorunması üçün hazırlanan qurğuda fəaliyyətinə görə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019) yubiley medalı" ilə təltif olunmuşdur.
Sertifikatlar:
Altium Designer course on PCB design software (certificate) 2017
R/T Radio communication course (certificate) 2023
Kurslar
Müraciət
Kursa müraciət et, komandamız sənə uyğun proqramı təklif edəcək.
Müraciət et