Innoway
Haqqımızda
Tədris istiqamətləri
AvtomatikaDron texnologiyasıElektronikaMəktəblilər üçünMühəndislik və Dizayn ProqramlarıPeşə TəlimləriProqramlaşdırma
Bütün kurslar →
MüəllimlərimizXəbərlərXidmətlərimizƏlaqə
Müraciət et
Innoway

Innoway elektronika, proqramlaşdırma və robotika istiqamətlərində peşəkar təlimlər təklif edir.

info@innoway.az

Səhifələr

HaqqımızdaTədris istiqamətləriMüəllimlərimizXəbərlərXidmətlərimizƏlaqə

Keçidlər

Müraciət etSertifikat

Copyright 2026 | Innoway

Peşə Təlimləri

Elektron Cihazların Təmiri

Elektron Cihazların Təmiri kursu müxtəlif elektron cihazlarda yaranan nasazlıqları düzgün analiz etməyi, xətanın səbəbini müəyyənləşdirməyi və peşəkar diaqnostika üsulları ilə arad…

Müraciət et← Kurslar
Elektron Cihazların Təmiri
Müddət72 saat
Dərslər24
DilAzərbaycan
MüəllimNizami Kəlbəliyev

Haqqında

Elektron Cihazların Təmiri kursu müxtəlif elektron cihazlarda yaranan nasazlıqları düzgün analiz etməyi, xətanın səbəbini müəyyənləşdirməyi və peşəkar diaqnostika üsulları ilə aradan qaldırmağı öyrədən praktiki yönümlü təlim proqramıdır.

Kurs müddətində iştirakçılar multimetr, laboratoriya qida bloku və osilloqraf kimi əsas ölçü və diaqnostika cihazlarından istifadə etməyi, elektron platalarda qısa qapanma, qidalanma və siqnal problemlərini aşkar etməyi, elektron sxemləri və komponentləri analiz etməyi öyrənirlər.

Təlim yalnız nasaz komponentin dəyişdirilməsinə deyil, problemin səbəbinin sistemli və məntiqi şəkildə tapılmasına fokuslanır. İştirakçılar sxem və Boardview analizi, MOSFET, IGBT və inteqral sxemlərin diaqnostikası, osilloqraf vasitəsilə siqnalların yoxlanılması və elektron plataların iş prinsiplərinin mərhələli şəkildə analiz edilməsi üzrə praktiki bacarıqlar qazanırlar.

Kurs çərçivəsində noutbuk və kompüter ana plataları, video kartlar, TV və monitorlar, məişət texnikası plataları, UPS və inverter sistemləri, audio gücləndiricilər, BMS sistemləri və sənaye elektronikasında rast gəlinən nasazlıqların diaqnostikası öyrədilir.

Kursun əsas məqsədi iştirakçılara fərqli elektron cihazlarda yaranan problemləri ölçmə, analiz və düzgün diaqnostika alqoritmi ilə aşkar etmək bacarığı qazandırmaqdır. Təlimin sonunda iştirakçılar hətta sxemi olmayan mürəkkəb elektron cihazlarda belə nasazlığı mərhələli şəkildə analiz edib dəqiq şəkildə lokalizasiya etməyə yönəlmiş praktiki yanaşmaya sahib olurlar

Proqram

Nə öyrənəcəksiniz?

Müəllimlər

Bu kursu tədris edənlər

Nizami Kəlbəliyev
Elektronika mühəndisiNizami Kəlbəliyev

Müraciət

Bu kursa qoşulmağa hazırsan?

Yer sayı məhduddur. İndi müraciət et.

Müraciət et